Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyada yanacaq qıtlığı sürücüləri müxtəlif yollar axtarmağa vadar edir.
Avtosfer.az xəbər verir ki, axtarış sistemlərində rus dilində benzin əldə edilməsi ilə bağlı 10 minlərlə sorğu verilib.
Bəzi sürücülər isə özləri benzin hazırlamağa qərar veriblər. Danışıqda “samovar benzini” deyilən bu yanacaq təkərin qapalı şəkildə qızdırılması yolu ilə alınır – kimya termini ilə desək piroliz üsulu ilə. Hətta bu yanacağı köhnə “Jiquli”də sınaqdan keçirənlər də tapılıb. Maşın 60 km/saat və 100 km/saat sürətlə test edilib. İddia olunur ki, nəticə 92 oktanlı benzindən çox da fərqli deyil.
Bununla belə, yanacağın mühərrikə uzunmüddətli təsiri araşdırılmayıb.
Qeyd edək ki, Rusiyada yanacaq böhranı günbəgün dərinləşir. Peterburq birjasında iyulun 9-da cəmi 8100 ton benzin satılıb ki, bu da tarixi minimumdur.
Vüqar Yaşaroğlu