Benzin qıtlığı yarandı: Talonla satılır KONKRET

01.09.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Rusiyada yanacaq böhranı yaranıb.

KONKRET.az xəbər verir ki, son günlər ölkənin neft emalı gücünün təxminən 17%-i, yəni gündə 1,1 milyon barel, zərər görüb. Bu isə Moskva və Soçi kimi şəhərlərdə yanacaq qıtlığına, benzin qiymətlərinin rekord səviyyəyə yüksəlməsinə səbəb olub.

Rusiya hökuməti daxili tələbatı ödəmək üçün iyulun 28-də benzin ixracını dayandırıb və bu məhdudiyyətin sentyabr ayı ərzində davam edəcəyi gözlənilir.

“Luqansk administrasiyası” iddia edir ki, benzin çatışmazlığı tədarükün kəsilməsi və son iki həftə ərzində müşahidə olunan yanacağa tələbatın artması ilə bağlıdır.

Analitiklər yanacaq böhranının yaxın gələcəkdə də davam edəcəyini proqnozlaşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью