Benzin qıtlığına görə ata tələbat artdı

13.07.2026

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Rusiyada son günlərdə dərinləşən yanacaq böhranı sadə insanları yeni üsullar tapmağa vadar edir. 

Avtosfer.az xəbər verir ki, yanacaq qıtlığı ucqarlarda daha ciddi hiss olunur. Buna görə də, bir çox adam avtomobil əvəzinə atdan istifadə etməyə başlayıb. Xüsusən də UAZ və “Niva” istifadəçiləri arasında dördtəkərlini dördayaqlıya dəyişənlərın sayı artıb. Vaxtaşırı rayon mərkəzinə yanacaq almağa gedən və hər dəfə yarım gün vaxt itirən ruslar daha rahat yollara əl atırlar.

Maraqlıdır ki, son 10 gündə Rusiya əyalətlərində atların qiyməti artıb. Son bir neçə gündə isə yaxşı at tapmaq ümumiyyətlə müşkülə çevrilib.

Vüqar Yaşaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью