Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən ilin dekabr ayında ilk dəfə olaraq Azərbaycan və Ermənistan arasında ticarət dövriyyəsi qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Dövlət Gömrük Komitəsinin açıqladığı statistik göstəricilərdə yer alıb.
Qeyd olunur ki, dekabr ayında Azərbaycandan Ermənistana 788,8 min dollar dəyərində məhsul ixrac edilib.
Onu da bildirək ki, daha əvvəl Azərbaycanın dekabr ayında Ermənistana 1220 ton “Aİ-95” markalı benzin ixrac etdiyi açıqlanıb.

Elnur Əli