Benzinin saxlama müddəti bu qədərdir

06.05.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Benzin xam neftdən alınsa da bu 2 maddənin tərkibi bir-birindən ciddi şəkildə fərqlənir. 

Avtosfer.az xəbər verir ki, benzin neftin yüngül fraksiyalarından alınır. Bundan sonra onun keyfiyyətini və mühərrikin ömrünü artırmaq üçün müxtəlif aşqarlar tətbiq edilir. Bəzi qatqılar yanacağın saxlama müddətinə təsir edir. 

Məsələn, etanol daha təmiz yanmanı təmin etsə də suya həssasdır. O, rütubəti özünə çəkir və toplanan su mühərrikə zərər vura bilir. Olefinlər isə havadakı oksigenlə reaksiyaya girir. 

Buna görə də istehsalçılar benzinin saxlama müddətinin olduğunu deyirlər. Onların fikrincə, benzin şərab kimidir. Qapağı açıldıqdan sonra tədricən korlanır. Buna görə də, avtomobil çənində benzin ən çoxu 4 həftə keyfiyyəti dəyişmədən qala bilər. Qapalı kanistrdə onu 6 ayadək saxlamaq mümkündür. Xüsusi qoruma şəraiti olan anbarlarda saxlama müddəti 3 ilədək uzadıla bilər. 

Azərbaycanda benzin qıtlığı olmadığı üçün avtomobilin baqajında kola qabında benzin gəzdirməyə ümumiyyətlə lüzum yoxdur. Bu həm də təhlükə mənbəyidir.

Vüqar Yaşaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью