Benzinlə bağlı VACİB XƏBƏR

16.07.2025

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin yanvar-may yalarında Azərbaycana 4 ölkədən dəyəri 47,1 milyon ABŞ dolları olan 55,8 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə (Aİ-95) benzin idxal edilib.

News24.az Day.az-a istinadən xəbər verir ki, bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 21,9 min ton və ya 1,6 dəfə, dəyər baxımından isə 13,3 milyon ABŞ dolları və ya 1,4 dəfə çoxdur.

Eyni zamanda hesabat dövründə Azərbaycandan cəmisi bir ölkəyə (Gürcüstan) dəyəri 2,8 milyon ABŞ dolları olan 4196 ton "Aİ-95" markalı benzin ixrac edilib.

Ötən ilin eyni dövründə Azərbaycandan xarici ölkələrə "Aİ-95" markalı benzin ixracı qeydə alınmayıb.

2025-ci ilin ilk 5 ayında Azərbaycanın "Aİ-95" markalı benzin aldığı ölkələr:

Ölkələr

Miqdar (ton)

Məbləğ (min ABŞ dolları)

Belarus

6964,55

5599,67

Rusiya

37544,6

31887,2

Bolqarıstan

1400,24

1173,08

Rumıniya

9939,12

8484,9

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью