Benzinlə bağlı VACİB XƏBƏR: Bərpa edildi...

18.05.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 650,2 min ABŞ dolları dəyərində 530 ton "Aİ-98" ("Super") markalı avtomobil benzini gətirilib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 18 % azdır.

Hesabat dövründə Azərbaycan Belarusdan 293,5 min ABŞ dolları dəyərində 239,4 ton, Rumıniyadan 206,8 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 46 % çox) 168,7 ton (+46 %), Rusiyadan 150 min ABŞ dolları dəyərində (-49 %) 122,3 ton (-49 %) və benzin alıb.

Azərbaycan 1 il 4 aylıq fasilənin ardından Belarusdan tədarükü bərpa edib.

2025-ci ildə Azərbaycana idxal edilmiş "Aİ-98" benzinin 45,2 %-i Rumıniyanın, 40,1 %-i Rusiyanın payına düşüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью