Benzinlə ehtiyasız davrandı, vəziyyəti ağırdır

19.04.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Lənkəranda maşın təmiri sexində çalışan usta ağır xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Füzuli küçəsində, “Kürə” deyilən ərazidə qeydə alınıb.

Belə ki, Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü İlham Şahvəli oğlu Qasımlı benzinlə ehtiyatsız davranarkən baş verən partlayış nəticəsində ciddi xəsarət alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona bədənin çoxsaylı yanığı, üz və hər iki qolun 2-ci dərəcəli termiki yanığı diaqnozu qoyublar.

Ona ilkin tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью