Bəqai: ABŞ bu hücuma görə məsuliyyət daşımalıdır

10.06.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ hərbçiləri İranın Sirik bölgəsindəki mülki su infrastrukturuna zərbə endirib və ümumi tutumu 2500 kubmetr olan iki anbarı məhv ediblər.

Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb.

"Bu qurğular on kəndin 20 mindən çox sakinini içməli su ilə təmin edirdi", - o qeyd edib.

XİN rəsmisinin sözlərinə görə, bu, qəsdən törədilmiş hərbi cinayət və insan hüquqlarının, eləcə də beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır:

"ABŞ həyatı təmin edən mülki infrastruktura qarşı bu cür sistematik hücumların törədilməsinə görə məsuliyyət daşımalıdır".

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "Apache" helikopterinin vurulmasına cavab olaraq İrana zərbələr endirib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью