Bəqai: ABŞ ilə mübarizə aparmaqdan başqa çarəmiz yoxdur

18.07.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İran nə Birgə Hərtərəfli Fəaliyyət Planı, nə də İslamabad sazişi çərçivəsində öz öhdəliklərini heç vaxt pozub.

"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib.

"İranın ABŞ-nin təcavüzünə qarşı mübarizə aparmaqdan başqa çarəsi yoxdur", - İ. Bəqai vurğulayıb.

Bəqainin sözlərinə görə, İranın sazişlərə əməl etməsi şərtidir və qarşı tərəfin (ABŞ) öhdəliklərinə əməl etməsindən asılıdır:

"ABŞ tərəfindən öhdəliklərin pozulmasının davam etməsi İranın öhdəliklərini yerinə yetirməsini qeyri-mümkün edir".

O, ABŞ-nin Hörmüz boğazına nəzarət etməyə çalışdığını bəyan edib və İslamabad Anlaşma Memorandumunu xatırladıb:

"Qarşılıqlı anlaşma memorandumunun beşinci maddəsi Hörmüz boğazının Oman və region ölkələri ilə məsləhətləşmələr yolu ilə idarə olunmasının zəruriliyini açıq şəkildə vurğulayır, lakin ABŞ razılaşmaya məhəl qoymayaraq bu strateji əhəmiyyətli su yolunu nəzarətə götürmək niyyətindədir".

İran hesab edir ki, regionda qeyri-sabitliyin mənbəyi ABŞ və İsrailin birgə müdaxilələridir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью