Bəqai: İran ABŞ danışıqları yalnız müharibənin başa çatmasına yönəlib

04.05.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın cavabı Pakistan vasitəsilə qəbul olunub və hazırda nəzərdən keçirilir.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

“ABŞ-ın həddən artıq tələbi və əsassız istəklər irəli sürmək vərdişi qalmaqdadır”, - İran XİN sözçüsü deyib.

O qeyd edib ki, ABŞ mütəmadi olaraq mövqelərini dəyişir və bu, diplomatik prosesi çətinləşdirir.

Bəqai vurğulayıb ki, mediada səsləndirilən bəzi məlumatlar bir növ ehtimallara əsaslanır.

Onun sözlərinə görə, hazırkı mərhələdə müzakirə olunan yeganə məsələ müharibənin dayandırılmasıdır və nüvə məsələləri ilə bağlı heç bir mövzu gündəmdə deyil.

Haşim Rahimi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью