Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Yaxın Şərqdəki qeyri-sabitliyin səbəbkarı ABŞ-dir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib.
"Onlar 9 aydan az bir müddətdə, danışıqlar zamanı İrana iki dəfə hücum ediblər, liderlərimizi qətlə yetiriblər və müxtəlif iqtisadi sanksiyalarla iranlılara təzyiqləri gücləndiriblər", - o deyib.
Bəqainin sözlərinə görə, dünya ABŞ və İsrailin hərbi təcavüzünün bədəlini ödəyir: "Regiondakı xaosdan tutmuş, dünyanın dörd bir yanındakı iqtisadiyyat və enerji qeyri-sabitliyinə qədər. Bölgəni xaosa sürükləyib, sonra da şikayətçi mövqeyində başqalarından qurbanı qınamağı tələb edə bilməzsiniz".