Bəqayi İsrailə xəbərdarlıq etdi: İran bütün lazımı tədbirləri görəcək | Icma.az
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq. “İran nüvə obyektlərini İsraildən qorumaq üçün bütün lazımı tədbirləri görəcək”.
Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.
“İsrailin hədələri ölkənin milli təhlükəsizliyinə təhdiddir. Birləşmiş Millətlər Təşkilatı buna qəti şəkildə cavab verməlidir.
Bizim bölgəmiz onilliklərdir ki, İsrail rejiminin təhlükəsizliyi təhdid edən hərəkətləri ilə tanışdır.
Odur ki, İran nüvə obyektlərini qorumaq üçün bütün tədbirləri görəcək”, – deyə Bəqayi vurğulayıb.
Müşviq Tofiqoğlu Globalinfo.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu