Beqayi Trampı yalan danışmaqda ittiham edib

15.08.2026

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran XİN rəsmisi "Karamazov qardaşları" əsərindən sitat gətirib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Beqayi ABŞ Prezidenti Donald Trampın “X” sosial media platformasında ABŞ-İran danışıqlar prosesi ilə bağlı şərhlərinə cavab olaraq ABŞ-ın İslam Respublikası və Yaxın Şərqə yönəlmiş xarici siyasətini "yalanlardan son dərəcə asılı" adlandırıb.

AYNA.AZ xəbər verir ki, fikirlərini izah etmək üçün XİN rəsmisi Fyodor Dostoyevskinin "Karamazov qardaşları" romanından sitat gətirib.

“Ağsaqqal Zosimanın dediyi kimi: "Özünə yalan danışan və öz yalanlarını dinləyən elə bir nöqtəyə çatır ki, artıq nə öz daxilində, nə də ətrafında heç bir həqiqəti ayırd edə bilmir və buna görə də özünə və başqalarına qarşı hörmətsizliyə düçar olur””, deyə Beqayi qeyd edib.

XİN rəsmisi vurğulayıb ki, bu sitat Amerika idarəetmə sisteminin hazırkı vəziyyətini və onun regiondakı xarici siyasətini dəqiq şəkildə əks etdirir.

İran diplomatının bu sözləri Vaşinqton və Tehranın regional vasitəçilərin köməyi ilə uzanan münaqişəyə son qoymaq üçün yeni bir razılaşma hazırlamağa çalışdığı bir vaxta təsadüf edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью