Bərabər səviyyəli oyuna şahid olduq Saşa İliç

04.02.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk görüşləri start götürüb. 

Fanat.Az xəbər verir ki, əvvəlcə "Sumqayıt" öz meydanında "Zirə"ni sınağa çəkib. Çempionatda da avrokubok mübarizəsini davam etdirən komandaların duelində qapılara qol vurulmayıb.

Meydan sahiblərinin baş məşqçisi Saşa İliçin oyunla bağlı fikirlərini təqdim edirik:

"Artıq bu mərhələdən etibarən kubok matçları iki oyundan ibarətdir. Düşünürəm ki ilk oyunda hər iki komandanın ifasında bərabər səviyyəli oyuna şahid olduq. Yekunda nəticə də oyun kimi bərabərliklə yekunlaşdı. Bir neçə qol şanslarımız olsa da onlardan yararlana bilmədik".

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью