Berardi daha 4 il Sassuolo da

21.08.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Domeniko Berardi "Sassuolo" ilə müqavilə müddətini artırıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat yayılıb.

31 yaşlı cinah hücumçusu ilə yeni sövdələşmənin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Berardi "Sassuolo"nun yetirməsidir və karyerası ərzində yalnız bu komandanın fprmasını geyinib. O, 2013-cü ildə "Yuventus"a transfer olunsa da, yenidən icarə əsasında doğma klubunda çıxış edib.

Qeyd edək ki, Domeniko "Sassuolo"nun heyətində 400 matçda 148 qol və 110 ötürmə ilə fərqlənib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью