Icma.az, Moderator.az saytına istinadən bildirir. Aramsız yağan leysan xarakterli yağış cənub bölgəsində fəsadlara səbəb olub.
Lənkəran rayonunun ərazisində və bir sıra kəndlərdə evləri və həyətyanı sahələri su basıb.
"Budur vəziyyətimiz, hər yeri su basıb, bizə kömək edin. Vəziyyət bərbaddır, evlər uçub dağılır.
Kanallar ağzınadək su ilə doludur, heç bir şərait yoxdur", - deyə sakinlərdən biri bildirib.
"Gecədən yağan yağış səhərə yaxın daha da gücləndi. Əgər kanallar təmizlənsəydi, belə olmazdı", - başqa bir sakin qeyd edib.
Masallı və Astara rayonlarının kəndlərində də oxşar vəziyyət müşahidə olunur.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.