Bərbər müştərisi olan pensiyaçını küçədə soydu CƏZA KONKRET

07.10.2026

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Abşeron Rayon Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Habil Əsədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 500 manat cərimə cəzası və 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il saat 12:22 radələrində Abşeron rayonu, Digah qəsəbəsində baş verib.

Belə ki, Habil Əsədov həmin qəsəbədə yerləşən bərbərxanada işlədiyi vaxt zərərçəkmiş Maqsud Cavadovun (adı, soyadı şərtidir) bankomatdan pensiya pulunu çıxardığını və üzərində vəsait olduğunu öyrənib. Bundan sonra o, həmin pulu ələ keçirmək qərarına gəlib.

Zərərçəkmiş şəxs Digah qəsəbəsinin yeni məhəlləsində küçə ilə piyada hərəkət edərək evinə gedərkən təqsirləndirilən şəxs ona arxadan yaxınlaşıb. Habil özü ilə gətirdiyi sellofan torbanı Maqsud Cavadovun başına keçirib. Nəticədə Habil müvazinətini itirərək yerə yıxılan zərərçəkmiş şəxsin əynindəki cins şalvarın sol yan cibindən 485 manat pul götürüb.

Həmin hərəkətlərə görə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə, yəni soyğunçuluq kimi tövsif edilib.

Məhkəmə iclasında Habil Əsədov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью