Bərbər özünü “polkovnik” kimi tanıdıb 600 min ələ keçirmişdi Bu cəza verildi | Icma.az
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda 13 nəfərə qarşı dələduzluq edərək onların 600 min manatdan artıq pulunu ələ keçirmiş Gəncə şəhər sakini 1983-cü il təvəllüdlü Samir Nəsibova hökm oxunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il həbs cəzası verilib.
S.Nəsibov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, S.Nəsibov paytaxtın Yasamal rayonu Xiyabani küçəsində bərbərxanada saç ustası işləyib.
O, 2023-cü ildən telefon satışı biznesinə başlayıb və bir neçə tanışını bu işə cəlb edib.
Samir, həmçinin yeni tanış olduğu şəxslərə özünü “polkovnik” rütbəli şəxs kimi təqdim etməklə külli miqdarda pul alıb.
O, inandırıcılığı artırmaq üçün həmin şəxslərdən birinə evlilik də təklif edibmiş.
Tam oxu
Xəbəri oxu