Berbok Donald Trampı “təlimatlandırır”

17.03.2025

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az Almaniyanın “Tagesschau” portalına istinadən xəbər verir ki, Berbok ABŞ liderini Ukraynanın zərərinə qeyd-şərtsiz güzəştə getməməyə çağırıb.
“İndi avropalıların və amerikalıların birlikdə və mütəşəkkil halda hərəkət etməsi çox vacibdir”, - Almaniya XİN-in rəhbəri bildirib.
Peskov: "Putin və Tramp sabah danışacaqlar" Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə martın 18-də danışmağı planlaşdırdığını açılqayıb.
- Mən çərşənbə axşamı prezident Putinlə danışacağam. Həftə sonu çox iş görüldü”, - ABŞ prezidenti “Air Force One” təyyarəsində jurnalistlərə deyib.
Kremlin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Trampın sözlərini təsdiqləyib. Amma iki ölkə liderlərinin hansı mövzuları müzakirə edəcəkləri barədə heç bir məlumat verilməyib.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью