Berbok fransız həmkarı ilə Dəməşqə gəlib

03.01.2025

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniya xarici işlər naziri Annalena Berbok fransalı həmkarı Jan-Noel Barro ilə birlikdə Suriyanın paytaxtı Dəməşqdədir.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" hesabında yazıb.

Ali nümayəndə XİN başçılarının Aİ-ni təmsil etdiklərini vurğulayıb.

K.Kallas Suriyanın yeni rəhbərliyinə mesajlarını da çatdırıb:

"Regional aktorlarla razılaşdırılmış prinsiplərə hörmət etmək və bütün mülki şəxslərin, eləcə də azlıqların müdafiəsini təmin etmək son dərəcə vacibdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью