Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniyanın xarici işlər naziri vəzifəsini icra edən Annalena Berbok Kiyevə elan olunmamış səfərə gedib və Ukraynaya dəstək üçün daha 130 milyon avro ayrıldığını açıqlayıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Bizimyol.info xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Biz bu gün humanitar yardım və sabitləşdirmə fondlarına əlavə olaraq 130 milyon avro ayırırıq", - deyə o, Kiyevə çatdıqdan sonra deyib.
Bu, Berbokun Ukraynaya nazir kimi fəaliyyətə başladıqdan sonra 11-ci, "xüsusi hərbi əməliyyat" başlayandan bəri isə 9-cu səfəridir.
Qadir, Bizimyol.info