Berbok Ukraynaya təcili olaraq daha 3 milyard avro ayrılmağa çağırıb | Icma.az
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır. Vladimir Zelenskinin Ağ Evə səfəri zamanı yaranan qalmaqaldan sonra Almaniyanın xarici
Bizimyol.info xəbər verir ki, bu barədə nazir Berbok Berlində jurnalistlərə bildirib. “Biz Avropa və milli səviyyədə tez hərəkət etməliyik.
Yeni Almaniya hökumətinin formalaşmasını gözləyə bilmərik, çünki vəziyyət ciddidir.
Almaniya bu tarixi məqamda təşəbbüsü öz üzərinə götürməlidir”, deyə o iddia edib.
Onun sözlərinə görə, bu, keçid dövrünün həftələrində indiki və gələcək Almaniya hökumətləri arasında sıx əməkdaşlıq şəraitində bütün demokratik partiyalar tərəfindən edilməlidir.
Eyni zamanda, o vurğulayıb ki, Bundestaq Ukraynaya 3 milyard avro məbləğində əlavə yardımın göstərilməsinə mane olan qərarı ləğv etməlidir.
Onun fikrincə, Almaniya Kiyevə dəstəyini genişləndirməlidir.
“Ona görə də Bundestaqda təmsil olunan bütün demokratik partiyalara müraciət edirəm ki, Ukraynaya bloklanmış 3 milyard avroluq yardımın qarşısını alan qərar ləğv edilsin”, - deyə Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Tam oxu
Xəbəri oxu