Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniyanın xarici işlər naziri Annalena Berbok ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Almaniyadakı siyasi partiyalar, o cümlədən Almaniya üçün Alternativ (AfD) partiyası ilə əməkdaşlıq barədə bəyanatlarını qəti şəkildə rədd edib.
Bizimyol.info xəbər verir ki, bu barədə nazir Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən tədbirdə bildirib.
“Hər bir demokratiyada olduğu kimi, Almaniyada da federal seçkilərin nəticələrinə qərar verən yeganə insanlar alman seçicilərdir.
Xoşbəxtlikdən biz demokratik dövlətdə yaşayırıq”, - deyə o əlavə edib.
Daha əvvəl “Wall Street Journal” Vensə istinadən yazıb ki, o, alman siyasətçilərini AfD daxil olmaqla bütün partiyalarla əməkdaşlığa çağıracaq.
Almaniyada AfD sağ populist partiya adlanır. Digər siyasi qüvvələr onunla heç bir koalisiya çərçivəsində - həm federal, həm də regional səvi
Hazırda onun reytinqi 19-22% arasında dəyişir. Partiya Almaniyada siyasi qüvvələrin reytinqində inamla ikinci yeri tutur.