Berboka yeni vəzifə verilir

18.03.2025

Icma.az, Milli.az saytına istinadən bildirir.

Almaniya hökuməti ölkənin xarici işlər naziri Annalena Berbokun ("Yaşıllar") 2025-2026-cı illər üçün BMT Baş Assambleyasının sədri vəzifəsinə namizəd kimi irəli sürülməsini planlaşdırır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi Nazirlər Kabinetindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, Almaniyanın yeni hökuməti formalaşana qədər Berbok xarici işlər naziri vəzifəsini icra edir. Yeni Nazirlər Kabinetinin aprelin 20-dək yaradılması planlaşdırılır. "Yaşıllar" koalisiya danışıqlarında iştirak etmirlər, ona görə də onların koaliosiyaya daxil olma ehtimalı azdır.

Baş Assambleyanın Berboku iyunda sədr seçəcəyi planlaşdırılır, sentyabrda isə o, yeni vəzifəsinin icrasına başlayacaq. DPA yazır ki, onun seçilməsi formallıq sayılır. Berbok vəzifəyə gəldikdən sonra Bundestaqın deputatı mandatından imtina edəcək. May ayında o, Nyu-Yorkda iş proqramını təqdim edəcək.

Almaniya hökuməti hesab edir ki, onun təyinatı Almaniyanın BMT prinsiplərinə qəti sadiqliyini nümayiş etdirəcək.
Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью