Berbokdan Ağ Evdə olanlara REAKSİYA: “Düşmən Kiyevdə və ya Brüsseldə deyil, Kremldədir”

01.03.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Təəccübümüz əvvəlkindən də böyükdür. Yeni amansızlıq dövrü başladı”.
Bizim.Media xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Oval Kabinetdəki qalmaqalla bağlı açıqlamasında deyib.
“Cinayətkar və qurban rollarının dəyişdirilməsi heç vaxt qəbul edilə bilməz və heç vaxt yaxşı bir iş ola bilməz. Belə bir dönüş beynəlxalq hüququn sonu demək olardı. Heç kim düşməni səhv salmamalıdır. Düşmən Kiyevdə və ya Brüsseldə deyil, Kremldədir”, - deyə Berbok bildirib.
Xatırladaq ki, fevral ayının 28-də Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidenti Donald Tramp arasında görüş keçirilib. Onların təbii sərvətlər müqaviləsi və gələcək yardımlar mövzusunda müzakirəsi zamanı gərginlik yaşanıb. Ukrayna prezidenti Volodimir Zelenski Trampın istəyi ilə Ağ Evi tərk edib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью