Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi

23.11.2024

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Almaniya xarici işlər naziri Annalena Berbok 17 illik həyat yoldaşı Daniel Holeflyaş ilə yollarını ayırıb. SİA xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Məlumata görə, ayrıldıqları barədə çoxdandır söz-söhbət gəzən cütlük artıq bunu gizlətmir. 9 və 13 yaşlı iki qızı olan Berbok və Holeflyaş onların xatirinə hələlik birlikdə yaşamağa davam edirlər.

Mətbuat yazır ki, Bakıda keçirilən COP29-da iştirak edən Berbokun barmağında nikah üzüyünün olmaması diqqətdən yayınmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью