Berbokun COP29 şousu: yalan, iftira, böhtan | Icma.az
Icma.az, Milli.az portalına istinadən məlumat verir. Azərbaycanda keçirilən COP29 iqlim sammiti müasir dövrün ən mühüm çağırışlarından biri
Lakin Almaniyanın xarici işlər naziri Annalena Berbokun bu tədbirdəki çıxışı iqlim problemlərindən tamamilə uzaq idi.
Planetin gələcəyi ilə bağlı konstruktiv dialoq aparmaq əvəzinə, Berbok bu beynəlxalq platformanı Azərbaycana qarşı növbəti siyasi hücum üçün istifadə etdi.
Onun çıxışının əsasını təşkil edən arqumentləri təhlil edək və vəziyyətin kontekstinə nəzər salaq - buraya elə Almaniyanın özündə baş verən ciddi insan hüquqları pozuntuları da daxildir.
COP29 geosiyasi oyunlar meydanı deyil BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı (COP29) nə geosiyasi sammitdir, nə də insan hüquqları məsələlərinin müzakirə olunduğu hüquqi platforma.
Onun əsas məqsədi qlobal emissiyaların azaldılması və iqlim dəyişikliyi ilə mübarizə üçün davamlı strategiyaların hazırlanması yollarını tapmaqdır.
Annalena Berbokun bu tədbiri Azərbaycanı əsassız tənqid etmək üçün platformaya çevirmək cəhdi yalnız onun aktual problemlərə diqqət yetirmək istəmədiyini deyil, həm də iqlim konfransının mahiyyətinə açıq şəkildə hörmətsizlik etdiyini nümayiş etdirir.
Əgər frau Berbok, həqiqətən də, ekoloji məsələlərdən narahatdırsa, diqqətini faktlara yönəltməsi daha məntiqli olardı: Azərbaycanın karbon izinin azaldılması sahəsindəki töhfələri, davamlı inkişaf sahəsindəki səyləri və beynəlxalq ekoloji təşəbbüslərə verdiyi dəstək diqqətəlayiqdir.
Tam oxu
Xəbəri oxu