Berbokun iqlim riyakarlığı: Qərb məsuliyyəti inkişaf etməkdə olan ölkələrin üzərinə atır K…
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almaniyanın xarici işlər naziri (XİN) Annalena Berbok COP29 iqlim konfransının sona yaxınlaşması ilə bağlı “ürək parçalayan” şərhlər verib və Avropa İttifaqının (Aİ) iqlim maliyyələşdirməsi üzrə məsuliyyətini digər danışıq iştirakçılarının üzərinə atmağa çalışıb.
KONKRET.az oxu.az-a istinaədn xəbər verir ki, nazir sosial şəbəkələrdə Aİ-nin iqlim maliyyələşdirməsinə sədaqətli olduğuna and içən bir neçə paylaşım edib.
Lakin nədənsə xanım Berbok BMT-nin COP29 sammitində iqlim dəyişikliyi ilə mübarizə üzrə razılaşmaya dair əsas danışıqlarda Qərb bloku liderlərinin, xüsusilə də Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin iştirak etməməsini görmür.
ABŞ və Avropa əsrlərlə davam edən və genişmiqyaslı ətraf mühit çirklənməsinə görə əsas məsuliyyət daşısa da, Almaniya XİN başçısı iqlim maliyyələşdirməsi yükünü inkişaf etməkdə olan ölkələrin üzərinə atmağa çalışır.
Əsrlər boyu Avropa ölkələri Afrika və Asiyadakı müstəmləkələrdən təbii resursların təchizatçısı kimi istifadə edib.
Bu ərazilərin ekosisteminin məhv edilməsinə məhəl qoymayıblar.
İndi də Fransa və digər bir sıra ölkələrin həm öz müstəmləkələrini, həm də keçmiş nəzarət altında olan ərazilərini fəal şəkildə istismar etməsi nümunəsi Almaniya XİN başçısının guya iqlim ədalətini dəstəkləməsi ilə bağlı çağırışının riyakarlığını göstərir.
Tam oxu
Xəbəri oxu