Berdan Mardini 13 yaş kiçik sevgilisi ilə evləndi FOTO

11.04.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

"Senden Çocuğum Olsun", "Mardin Kapı Şen Olur", "Sorarım Sorarım" kimi mahnılarla bir dövrə damğasını vuran məşhur müğənni Berdan Mardini, 2 ildir birlikdə olduğu Dilara Talay ilə evlənib.

Məşhur cütlüyün nikahını Başakşehir Bələdiyyəsi başqan müavini Ahmet Melik rəsmiləşdirib.

Berdan Mardini zarafatla belə deyib: "Sadə bir mərasim istəmişdik hər ikimiz. Hamı Parisdə, Romada, Afinada evlənir, biz də Başakşehiri seçdik. Başakşehir də xaric sayılır."
Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью