Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Bərdə şəhərində 38 yaşlı qadın yeddimərtəbəli binanın dördüncü mərtəbəsindən yıxılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə keçmiş məcburi köçkünlər üçün salınmış 588 saylı qəsəbədə baş verib.
Hadisə nəticəsində orada yaşayan Xocalı sakini 1988-ci il təvəllüdlü Hicran Şirinova xəsarət alıb.
O, Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra müalicəsinin davam etdirilməsi məqsədilə Bakıda fəaliyyət göstərən xəstəxanalardan birinə göndərilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.