Bərdə rayonunda taxıl biçini başa çatıb məhsuldarlıq 42 sentnerdən çoxdur

02.07.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bərdə, 2 iyul, T.Ağaməmmədov, AZƏRTAC

Bərdə rayonunda taxıl biçini tam yekunlaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon üzrə payızlıq taxıl əkini aparılmış 13 min 72 hektar sahədən 55 min 220 ton məhsul, o cümlədən 30 min 964 ton buğda, 24 min 256 ton arpa yığılıb.

Taxıl üzrə orta məhsuldarlıq 42.3 sent/ha təşkil edib.

Orta məhsuldarlıq buğda üzrə 44.8 sent/ha, arpa üzrə 39.4 sent/ha olub. Bərdə rayonu arpa üzrə orta məhsuldarlığa görə respublikada ikinci yerdədir. Bu günədək buğda və arpa üzrə ən yüksək məhsuldarlıq Hacıqabul rayonunda qeydə alınıb - 55 sent/ha.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью