Bərdə sakini 4kq narkotiklə tutuldu

30.11.2024

Icma.az, Bakupost saytına istinadən bildirir.

Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıb.

Bakupost.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan xəbərə görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Məhərrəm İsmayılzadə saxlanılıb.

Onun yaşadığı ünvana baxış zamanı 4 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, M.İsmayılzadə barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью