Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bərdə sakini marixuana ilə tutulub.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Reyting.az-a bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Məhərrəm İsmayılzadə saxlanılıb.
Onun yaşadığı ünvana baxış zamanı 4 kiloqrama yaxın marixuana aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb, M.İsmayılzadə barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir. Ana səhifəyə dön Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.