Bərdə sakinindən 4 kqa yaxın marixuana götürülüb VİDEO

30.11.2024

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən xəbərə görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Məhərrəm İsmayılzadə saxlanılıb.

Onun yaşadığı ünvana baxış zamanı 4 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, M.İsmayılzadə barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью