Bərdə sakinindən marixuana götürüldü

30.11.2024

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Məhərrəm İsmayılzadə saxlanılıb.

Onun yaşadığı ünvana baxış zamanı 4 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, M.İsmayılzadə barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью