Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı

31.08.2026

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxılaraq xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə Bərdə şəhəri ərazisində keçmiş məcburi köçkünlər üçün salınmış 588 saylı qəsəbədə baş verib.

Qəsəbədə bina 1 mənzil 19 ünvanında yaşayan əslən Xocalı rayonundan olan 1988-ci il təvəllüdlü Şirinova Hicran Saleh qızı yaşadığı binanın dördüncü mərtəbəsindən yıxılıb.

H.Şirinova Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

İlkin tibbi yardım göstərilib və müalicəsinin davam etdirilməsi üçün Bakıda fəaliyyət göstərən xəstəxanalardan birinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью