Bərdədə 4 kiloqram marixuana aşkarlandı

30.11.2024

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Bərdədə 4 kiloqram marixuana aşkarlanıb.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional qrupundan məlumat verilib.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Məhərrəm İsmayılzadə saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı 4 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, M.İsmayılzadə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью