Bərdədə 54 yaşlı kişi elektrik cərəyanından öldü

20.08.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bərdə rayonunda 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Mollalı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1972-ci il təvəllüdlü Mahir Həsənov fərdi təsərrüfatında mal-qaranı yemləyən zaman tövlədə olan sərinkeşin naqilindəki açıq hissəyə toxunub və onu elektrik cərəyanı vurub.

Nəticədə M. Həsənov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью