Bərdədə 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılaraq boğulub

31.07.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bərdə rayonunda 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılıb.

XQ məlumatına görə, hadisə rayonun Hacı Əhmədli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1947-ci il təvəllüdlü Məhəmməd Cəlilov ağac kəsən zaman ehtiyatsızlıqdan Yuxarı Qarabağ kanalına yıxılıb və suda boğulub.

Onun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью