Bərdədə 8 yaşlı uşağı maşın vurub

13.05.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Bərdədə 8 yaşlı uşağı maşın vurub.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Bərdə şəhərində, Sabir küçəsində qeydə alınıb. Nihad Əkbərovun idarə etdiyi "Honda" markalı minik maşını 2017-ci il təvəllüdlü R.Cəlilzadəni vurub.

Xəsarət alan azyaşlı Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun həyati təhlükəsinin olmadığı bildirilir.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью