Bərdədə ağır yol qəzası: Ölən var Foto KONKRET

24.10.2025

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az Yenisabah-a istinadən xəbər verir ki, hadisə rayonun Əzizbəy və Məşədi İbişli kəndi arasında olan yolda baş verib.

Nəticədə Laçın rayon Ərikli kənd sakini 1964-cü il təvəllüdlü Rzayev Koroğlu Pirməmməd oğlu vəfat edib. Qarşıdan gələn avtomobilin təhlükəli manevr etməsi nəticəsində Koroğlu Rzayev idarəetməni itirib və qəza baş verib.

Mərhumun iki övladı var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью