Bərdədə “Aristokrat” restoranında nöqsanlar aşkarlanıb

14.10.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Uğurbəyli kəndində fəaliyyət göstərən və Pərviz Tofiq oğlu Qəribova məxsus olan “Aristokrat” restoranında yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı restoranın manqal sahəsində tavan və divarların təmirsiz olduğu, müvafiq təmizlik işlərinin görülmədiyi, istifadə edilən masaların dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, məhsulların donunun açılması üçün sahənin mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib.

Aşkarlanmış nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью