Icma.az, Apasport portalına istinadən məlumat yayır.
24-27 noyabr arağılında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş oğlan və qızlar arasında atletika idman növü üzrə Bərdə rayon birinciliyi keçirilib.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Atletika Federasiyası açıqlayıb.
Yarış Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə Gənclər və İdman Sektoru və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutub.
Birincilikdə 2011–2012 və 2013–2014-cü il təvəllüdlü məktəblilər yerindən uzunluğa tullanma, qaçışın müxtəlif məsafələri üzrə mübarizə aparıblar.
Belə ki, oğlanlar 100 və 200 metr, qızlar isə 60 və 100 metr məsafələrində qüvvələrini sınayıblar.
Yarışda 43 məktəbi təmsil edən ümumilikdə 167 şagird iştirak edib. Onlardan 67-si qız, 100-ü isə oğlan olub.
Birinciliyin keçirilməsində əsas məqsəd məktəblilər arasında atletika idman növünə marağın artırılması, gənc istedadların üzə çıxarılması və idmanın kütləviliyinin təşviqidir.
Anna Yusupova dünya çempionatında 91-ci yeri tutub Azərbaycanlı atlet dünya çempionatında iştirak edəcək Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək Məşqçi kurslarına start verildi