Bərdədə avtomat satmaq istəyən şəxs həbs olunub

27.11.2024

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomat silahını satmaq istəyən şəxs həbs olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı İntiqam Bağırov saxlanılıb. Ondan "Kalaşnikov" markalı avtomat, 25 ədəd patron və patron darağı aşkarlanıb.

O, bir müddət əvvəl silahı taparaq sosial şəbəkələrdə tanış olduğu şəxsə iki min manat müqabilində satarkən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью