Bərdədə avtomat satmaq istəyən şəxs həbs olunub Xəbər saytı Son xəbərlər və Hadisələr

27.11.2024

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomat silahını satmaq istəyən şəxs həbs olunub.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı İntiqam Bağırov saxlanılıb. Ondan "Kalaşnikov" markalı avtomat, 25 ədəd patron və patron darağı aşkarlanıb.

O, bir müddət əvvəl silahı taparaq sosial şəbəkələrdə tanış olduğu şəxsə 2000 manat müqabilində satarkən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью