Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb

27.11.2024

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomat silahını satmaq istəyən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Bərdə gegional qrupundan APA-ya verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılan İntiqam Bağırovdan "Kalaşnikov" markalı avtomat, 25 ədəd patron və patron darağı aşkarlanıb. O, bir müddət əvvəl silahı taparaq sosial şəbəkələrdə tanış olduğu şəxsə 2000 manat müqabilində satarkən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью