Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb

27.11.2024

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomat silahını satmaq istəyən şəxs saxlanılıb.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı İntiqam Bağırov saxlanılıb. Ondan "Kalaşnikov" markalı avtomat, 25 ədəd patron və patron darağı aşkarlanıb. O, bir müddət əvvəl silahı taparaq sosial şəbəkələrdə tanış olduğu şəxsə 2000 manat müqabilində satarkən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

MƏLUMAT YENİLƏNİR

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью