Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu, ölən var

28.09.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Kələntərli kəndi ərazisində qeydə alınıb.

Əliyev Mənsur Qərib oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn eşşək arabası ilə toqquşub.

Nəticədə, eşşək arabasında olan kənd sakini Babaşov Arif Əhliman oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью