Bərdədə bir nəfər çayda batıb

09.05.2025

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

SİA-nın məlumatına görə, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çayda batmış 2010-cu il təvəllüdlü Əli Bəxtiyar oğlu Fərəcovun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью